Bakı. Trend:
4000-dən çox istifadəçi mektebeqebul.edu.az portalında şəxsikabinet yaradaraq qeydiyyatdan uğurla keçib.
Trendxəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, 1 may 2025-ci il tarixindən 2025–2026-cı tədrisili üzrə ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbuluprosesinə start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektronqaydada aparılır.
Təxminən 85 min uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraqI sinfə keçirilib.
1 may, saat 11:00-dan – valideynlər üçün şəxsi kabinetinyaradılması və qeydiyyat mərhələsi başlayır.
6 may tarixindən – Azərbaycan bölməsi üzrə məktəb və müəllimseçimi mərhələsi aktiv olacaq.
Tətbiq edilən yeniliyə əsasən bu ildən etibarən şəxsi kabinetəgiriş “Digital Login” – Azərbaycan Respublikasının Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemivasitəsilə həyata keçirilir.
Artıq 4000-dən çox istifadəçi şəxsi kabinet yaradaraqqeydiyyatdan uğurla keçib.
Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibə vəseçim:
6–20 may – digər dillərdə tədris olunan bölmələr üzrə I sinfə qəbulüçün müsahibələrə yazılma mərhələsi.
12–31 may – müsahibələrin keçirilməsi.
17 iyun – 12 sentyabr – müsahibədən uğurla keçən uşaqlar üçünməktəb və müəllim seçimi
Prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə,Abşeron)
Azərbaycan bölməsi üzrə:
6 may, saat 11:00 – 5 iyun
Digər dillərdə tədris üzrə:
17 iyun, saat 11:00 – 17 iyul
Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritetəsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəstşəkildə həyata keçiriləcək.
Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerlitəhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsiləaçıqlanacaq.
Aşağıdakı təhsil müəssisələrində müsabiqə mərhələsi ləğvolunub:
“Ankara məktəbi” məktəb-liseyi
160 nömrəli Klassik gimnaziya
İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi
Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydadaaparılacaq.
Digər 6 məktəb üzrə isə müsabiqənin keçirilib-keçirilməməsimüraciət sayına əsasən qərarlaşdırılacaq.
Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.