"Çelsi"nin qadın futbolçulardan ibarət komandası İngiltərə çempionu ttulunu qazanıb.
Offsideplus.az xəbər verir ki, son turda "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edən London təmsilçisi sona iki tur qalmış qızıl medalları təmin edib.
İkinci yer uğrunda "Arsenal" (45 xal) və "Mançester Yunayted" (43 xal) arasında mübarizə davam edir.
Xatırladaq ki, "Çelsi" ötən il də çempion olmuşdu. Komandanı qarşıda İngiltərə Federasiya Kubokunun finalında "Mançester Yunayted"ə qarşı oyun gözləyir.