Cənubi Koreyanın müvəqqəti prezidenti və baş naziri Han Duk Soo vəzifəsindən istefa verdiyini açıqlayıb.
News24.az xəbər verir ki, Hanın iyunun 3-də keçiriləcək prezident seçkilərində namizədliyini açıqlayacağı gözlənilir.
Han, "Prezident və baş nazir səlahiyyətlərini icra edən vəzifələrimdən istefa verdim. Cəmiyyətimiz hazırda qruplaşmaların yaratdığı qarşıdurmalara qərq olub. Hər iki tərəf bir-birindən üz döndərərək, məntiqli müzakirəni qeyri-mümkün edir. Uzun müddətdir, belə kritik bir zamanda üzərimə götürdüyüm məsuliyyətlərin ağırlığının acısını yaşayıram. Ancaq irəliyə doğru tək yol budursa, o zaman bu yolu getməliyəm.
Ölkənin bu böhrandan çıxması, əlimdən gələni etmək üçün istefa verməklə bağlı son qərarı verdim. Heç bir bəhanə gətirmədən sona qədər bu yolda gedəcəyəm" deyib.
Günel Məlikzadə