Yay fasiləsi zamanı “Neftçi”də ciddi dəyişikliklər gözlənilir.
Bizim.Media xəbər verir ki, komandanı bir çox futbolçular tərk edəcək. Həmin oyunçular arasında Rəhman Hacıyev və Roberto Bauer də var.
Klub yeni oyunçularla anlaşmaq üçün adıçəkilən futbolçuları göndərməyi düşünür. Eyni zamanda paytaxt təmsilçisini başqa oyunçuların da tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, Rəhman Hacıyev 2015-ci ildən “ağ-qaralar”ın şərəfini qoruyur. Bauerə gəldikdə isə, almaniyalı bu mövsümün əvvəlindən komandaya qoşulub. Onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta