AZ

Kənddən Bakıya gətirilən kartof 3 dəfə bahalaşır - EKSPERTDƏN ÇIXIŞ YOLU

Azərbaycanda kəndlərdən şəhərə gətirilən məhsullarda qiymət dəfələrlə artır. Misal üçün kəndçidən 50 qəpiyə alınan kartof Bakıda 1.5 manata və daha baha satılır. Bu da həm əhalinin, həm də kəndlinin narazılığına səbəb olur.
 
Qiymətlərin müəyyənləşməsi barədə Yurd.Media-ya danışan iqtisadçı Natiq Cəfərli kəndlilərin bazara birbaşa çıxışı olmadığına görə qiymət fərqlərinin yarandığını bildirib.
 
Onun sözlərinə görə, bu uzun müddətdir müzakirə olunan ciddi problemlərdən biridir:
 
"Kəndlilərin bazara birbaşa çıxış imkanları olmadığına görə qiymət fərqləri yaranır. Hər kəndlinin gün ərzində çıxara biləcəyi 50 kq kartof varsa, buna görə şəhərə gələ bilməz, çünki maliyyə çətinlikləri ilə üzləşər. Ona görə də kəndlilərin marketlərə birbaşa çıxışı üçün imkanlar yaradılmalıdır".
 
Ekspert bildirib ki, regionlarda istənilən şəbəkə marketlərin bazaları mövcuddur, onlara icazə verilməlidir ki, kəndlidən məhsulu ala bilsinlər:
 
"Bu zaman fermerlərin bazara birbaşa çıxış imkanı mümkün olacaq".
Seçilən
0
moderator.az

1Mənbələr