ABŞ müdafiə naziri Pete Hegset İranın Yəməndə husilərə verdiyi dəstəyin cəzasız qalmayacağını bildirərək, “Seçdiyimiz vaxt və yerdə bunun nəticələrini çəkəcəksiniz”, – deyib.
Tribunainfo.az xəbər verir ki, X sosial media platformasında “İrana mesaj” başlıqlı paylaşım edən Hegset, “Husilərə verdiyiniz ölümcül dəstəyi görürük. Nə etdiyinizi çox yaxşı bilirik”, – deyib.
İranın “Amerika ordusunun nə edə biləcəyini çox yaxşı bildiyini” qeyd edən Heqset, Tehranın bu mövzuda “əvvəllər də xəbərdarlıq edildiyini” xatırladıb. İranın Yəməndə husilərə verdiyi dəstəyin cəzasız qalmayacağını bildirən Heqset, “Seçdiyimiz vaxt və məkanda bunun nəticələrini çəkəcəksiniz”, – xəbərdarlığını edib.
Dəniz Pənahova