AZ

Ukrayna Xerson bazarına dronlarla zərbə endirib, 7 nəfər ölüb, 20-dən çox yaralı var

Ukrayna Silahlı Qüvvələri (SQ) FPV-dronları vasitəsilə Xerson vilayətinin Alyoşki şəhərindəki bazara kütləvi zərbə endirib, yeddi nəfər ölüb, 20-dən çox insan yaralanıb.

“Report”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə regionun Rusiya nəzarətində olan hissəsinin başçısı Vladimir Saldo bildirib.

"Moskva vaxtı ilə təxminən 09:30-da Alyoşkidə mərkəzi bazar ərazisinə Ukrayna Silahlı Qüvvələri FPV dronları ilə kütləvi zərbə endirib. İlkin məlumatlara görə, azı 7 nəfər həlak olub, 20-dən çox insan yaralanıb", - o qeyd edib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Seçilən
0
1
report.az

2Mənbələr