AZ

MMC rəsmisi: Yüksək texnologiyalar sayəsində anbarlardakı məhsulların keyfiyyətlə saxlanması təmin edilir  

Yüksək texnologiyalar sayəsində “İsmikhanlı” MMC-nin anbarlarındakı məhsulların keyfiyyətlə saxlanmasını təmin edilir.

"Report"un Şimal bürosunun məlumatına görə, bunu Qusar rayonunda fəaliyyət göstərən “İsmikhanlı” MMC-yə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Cəmiyyətin soyuducu anbar kompleksinin rəhbəri Vüsal Qənbərov deyib.

"Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabr ayında təhvil verilib. 29 kameradan ibarətdir. Soyuducu anbar kompleksi Sloveniyanın "Exo" şirkəti tərəfindən inşa olunub. İnşa zamanı Almaniyanın və Hollandiyanın ən son texnologiyaları tətbiq olunub. Bu texnologiyalar da bizə almanın, armudun və digər bu tipli məhsulların keyfiyyəti dəyişmədən saxlanmasını təmin edir.

Alma yığımı avqust-sentyabr aylarında həyata keçirilsə də, tətbiq edilmiş texnologiyalar sayəsində meyvəni il boyu keyfiyyətin dəyişmədən saxlaya bilirik. Toplanan meyvəni də il ərzində çeşidləyərək və paketləyərək satışa göndəririk".

Seçilən
0
report.az

1Mənbələr