Bakı. Trend:
Cari ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşlidən (AÇG)Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “NeftDaşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyonkubmetr, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı təhvilverilib.
Trend bu barədəbp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birincirübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbərverir.
Məlumata görə, təhvil verilən səmt qazı gündə orta hesabla 3,6milyon kubmetr və ya 48,6%, ümumillikdə isə 0,2 milyard kubmetr vəya 28,6% artıb.
Belə ki, 2024-cü ilin birinci rübü ərzində AÇG-dən Azərbaycandövlətinə əsasən Səngəçal terminalından, həmçinin “NeftDaşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,4 milyonkubmetr, ümumilikdə isə 0,7 milyard kubmetr səmt qazı təhvilverilmişdi.