Əgər 5 il bundan əvvəl Azərbaycanda əhalinin borc yükünün sərəncamındakı gəlirinə nisbəti 11,5 % idisə, bu göstərici ötən ilin sonunda 18 %-ə yüksəlib.
Publika.az xəbər verir ki, bunu Mill Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında bildirib.
Deputat qeyd edib ki, hazırda 3 milyondan çox vətəndaşın banklara istehlak kreditləri üzrə borcu var, iqtisadi fəal əhali üzrə adambaşına 13,8 min manat bank borcu düşür.