AZ

Rüdiger karyerasını erkən başa vura bilər

style='margin-bottom:10px;'>

"Real"ın və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rüdiger zədə səbəbindən peşəkar karyerasını erkən başa vura bilər. 

QOL.az-ın "El Confidencial" nəşrinə istinadən yaydığı məlumata görə, 32 yaşlı futbolçuda osteoartrozun ilkin mərhələsi diaqnozu qoyulub. Bu xəstəlik oynaqlardakı qığırdaq toxumalarının dağılmasına səbəb olur.

Bildirilir ki, Madrid "Real"ı Rüdigerin sağlamlıq problemlərindən xəbərdardır, lakin alman futbolçunun əvəzinə müdafiəçi transferindən imtina edib.

Antonio Rüdiger "Real"a 2022-ci ilin yayında "Çelsi"dən azad agent statusu ilə keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. 32 yaşlı müdafiəçi cari mövsümdə ümumilikdə 49 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Seçilən
0
teleqraf.com

1Mənbələr