AZ

Səngəçal terminalından qaz nəqli azalıb

Bakı. Trend:

Cari ilin birinci rübündə Səngəçal terminalından gündəlik ortahesabla təxminən 73,3 milyon standart kubmetr (təxminən 2 milyard589 milyon standart kubfut) Şahdəniz qazı göndərilib.

Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birincirübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbərverir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyon standart kubmet 2,3% azdır.

Belə ki, 2024-cü ilin eyni dövründə terminaldan həmçiningündəlik orta hesabla təxminən 75 milyon standart kubmetr (təxminən2 milyard 660 milyon standart kubfut) Şahdəniz qazıgöndərilmişdi.

Qeyd edək ki, qaz terminaldan Cənubi Qafqaz Boru Kəməriningenişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən CənubiQafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektləriniAzəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsusqaz kəməri ilə ixrac olunur.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr