AZ

Naxçıvanda rəqəmsal radio yayımına keçirilməsi məsələsi müzakirə olunub

Audiovizual Şuranın nümayəndə heyəti Naxçıvan televiziya və radio yayımlarının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq-ölçmə işləri aparıb, bir sıra görüşlər keçirib.

Bu barədə "Report"a Azərbaycan Audiovizual Şurasından məlumat verilib.

Səfər çərçivəsində "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri Sahil Tahirli görüş keçirilmişdir, televiziyanın iş şəraiti ilə tanışlıq olmuşdur. Nümayəndə heyətinə "Naxçıvan TV" və "Naxçıvan Radiosu" proqramlarının hazırlanması, yayıma buraxılması, prosesə texniki nəzarət, materialların saxlanılması ilə bağlı geniş məlumat verilmişdir.

Daha sonra nümayəndə heyəti Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzində olmuşdur. Televiziya və radio yayımının keyfiyyətinin ölçülməsi, radioverici mərkəzin təhcizatı və avadanlıqların parametrlərinə baxış keçirilmişdir. Muxtar Respublika ərazisində TV və radio yayım keyfiyyəti öyrənilmiş, “DAB+” standartlı rəqəmsal radio yayımına keçilməsi imkanları nəzərdən keçirilmişdir.

Eyni zamanda, qonşu ölkələr tərəfindən efirə müdaxilənin vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzinə məxsus olan radio-televiziya yayım stansiyaları, onların yerləşmə ərazisi, dəniz səviyyəsindən hündürlüyü, antena qüllələrinin hündürlüyü barədə məlumatlar əldə edilmişdir. Radio-televiziya yayım stansiyalarında istismar olunan televiziya və radio vericiləri, onların sayı, tipi və əsas parametrləri (nominal gücü, hazırda hasil etdiyi güc, TV yayım kanalı, yayım radiotezliyi, antenaların tipi, kombayner və ya çıxış süzgəcinin olub-olmaması) haqqında məlumatlar toplanılmış, müvafiq ölçmə işləri aparılmışdır.

Səfər çərçivəsində həmçinin, Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli ilə görüş keçirilmişdir.

Görüşdə Muxtar Respublika ərazisində televiziya və radio yayımlarının keyfiyyəti, qonşu ölkələrdən efirə müdaxilə, Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzinin radio-televiziya yayım stansiyalarının təhcizat səviyyəsi müzakirə olunmuşdur. Görüş zamanı proqramların paylanması şəbəkəsinin ümumi rabitə şəbəkəsinə inteqrasiyası məsələsi barədə fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova ilə də görüşmüşdür.

Görüşdə Muxtar Respublikada regional media subyektlərinin inkişafı üçün Audiovizual Şura və Medianın İnkişafı Agentliyi tərəfindən birgə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.

MƏLUMAT YENİLƏNİR...

Seçilən
0
6
report.az

9Mənbələr