AZ

“Tofaş” yük maşınının altına girdi, 24 yaşlı sürücü faciəvi şəkildə öldü- VİDEO

Türkiyənin Kayseri şəhərinin Məlikqazi qəsəbəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 30-da gecə saatlarında Gökkənd məhəlləsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Tofaş” markalı avtomobil yol kənarında dayanmış yük maşınına çırpılıb və zərbənin təsirindən onun qoşqusunun altında qalıb. 

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Lakin 24 yaşlı sürücünün həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Seçilən
0
avtosfer.az

1Mənbələr