Ötən gecə Rusiyanın dörd regionu üzərində hava hücumundan müdafiə sistemləri Ukraynanın 8 pilotsuz təyyarəsini məhv edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus səkkiz təyyarə tipli pilotsuz uçan aparatı məhv edib: ikisi Kursk vilayəti, ikisi Voronej vilayəti, ikisi Vladimir vilayəti, ikisi Belqorod vilayəti ərazisi üzərində vurulub”, – deyə məlumatda bildirilir.