AZ

Mkrtçyan: Moskvada Ermənistanla bağlı hazırlıq gedir

BAKI, 1 may. TELEQRAF

Rusiya gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri üçün öz namizədlərini hazırlamağa başlayıb.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.

“Rusiya prezident administrasiyası Ermənistanda informasiya gündəmi ilə bağlı işləri gücləndirmək və 2026-cı ildə keçiriləcək parlament seçkilərinə rusiyayönlü siyasətçiləri hazırlamaq qərarına gəlib. Bu işin əlaqələndirilməsi Rusiya Prezident Aparatı rəhbərinin birinci müavini Sergey Kiriyenkoya və tabeliyində olan qurumların əməkdaşlarına həvalə edilib”, - ekspert bildirib.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr