AZ

Türkiyədə 1 May üçün açıq hava müraciətlərinə tam dəstək verilib

BAKI, TurkicWorld

“1 May üçün edilən 127 açıq hava müraciətinin hamısına icazə verilib.”

TurkicWorld xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 1 May Əmək və Həmrəylik Günü münasibətilə paylaşım edərək, ölkədə planlaşdırılan açıq hava toplantılarına dair məlumat verib və bütün zəhmətkeşləri təbrik edib.

Nazir bildirib ki, 2911 saylı Yığıncaq və Nümayişlər Qanunu çərçivəsində 79 vilayətdə ümumilikdə 127 açıq hava toplantısı üçün müraciət daxil olub və bu müraciətlərin hamısı vilayət rəhbərlikləri tərəfindən qəbul edilib.

Sosial media hesabında etdiyi paylaşımda Ali Yerlikaya,
“Xalqımız çörəyi müqəddəs sayır, əməyi ibadət bilir. Tarix boyunca alın tərinin və zəhmətin sayəsində bu günlərə çatmışıq. 1 May münasibətilə vətənimizin gücünə güc qatan bütün işçilərimizi səmimi qəlbdən təbrik edirəm.” - deyə o bildirib.

Qeyd edək ki, Türkiyədə hər il 1 May Əmək və Həmrəylik Günü müxtəlif şəhərlərdə mitinqlər və yürüşlərlə qeyd olunur. Təhlükəsizlik qüvvələri tədbirlərin sülh və sabitlik şəraitində keçməsi üçün geniş hazırlıq tədbirləri görür.

Seçilən
0
turkic.world

1Mənbələr