Bakı. Trend
1768 km uzunluğunda olan Bakı-Tiblisi-Ceyhan (BTC) boru kəməri2006-cı ilin iyun ayında istismara veriləndən 2025-cü ilin birincirübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 598milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql edilib vəCeyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birincirübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbərverir.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuştəqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft vəkondensat Ceyhan terminalında 70 tankerə yüklənmiş və yolasalınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti vəŞahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərindigər regional xam neft və kondensat həcmləri (Qazaxıstan,Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri)də nəql olunur.