Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib.Bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq Əmr imzalanıb.Əmrə əsasən, İntiqam Babayev bu vəzifəyə təyinat alıb.Qeyd edək ki, İ. Babayev 2000-2021-ci illərdə gənclər və idman nazirinin müavini işləyib. 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinə qədər "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparat rəhbərinin müavini olub. 2023-cü ilin aprelindən may ayındək isə sözügedən qoruğun Aparat rəhbəri vəzifələrini müvəqqəti icra edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta