AZ

Beynəlxalq Valyuta Fondu 2025-2030-cu illər üzrə Azərbaycan neftinin fiskal zərərsiz qiymətini açıqlayıb

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan neftinin fiskalzərərsiz qiymətinin (büdcə kəsirinin sıfır səviyyədə qalması üçüntələb olunan neftin qiyməti) 2025-ci ildə bir barel üçün 87,3dollar təşkil edəcəyini proqnozlaşdırır.

Trend xəbər verirki, 2026-cı ildə o, proqnozlara görə, 85.6 dollara, 2030-cu iləqədər isə bir barel üçün 91,3 dollara qədər yüksələcək. Daha əvvəlBVF Azərbaycan neftinin fiskal zərərsiz qiymətinin 2021-ci ildə57,5 dollar, 2022-ci ildə 67,3 dollar, 2023-cü ildə isə 55,2 dollarsəviyyəsində qiymətləndirmişdi.

Neftin xarici zərərsiz qiymətinə gəldikdə isə, BVF-ninməlumatına görə, bu göstərici 2025-ci ildə bir barel üçün 167,8dollar, 2026-cı ildə 167 dollar, 2030-cu ildə isə 215 dollar təşkiledəcək.

Əvvəlki illərdə bu göstərici Azərbaycanda aşağıdakı kimiolub:

2021-ci ildə 69,5 dollar, 2022-ci ildə 102,8 dollar, 2023-cüildə 126,3 dollar və 2024-cü ildə 135,3 dollar.

Maliyyə institutu, həmçinin, 2025–2030-cu illər ərzindəAzərbaycanda neft hasilatının sabit qalacağına dair əvvəlkiproqnozlarını da təsdiqləyib: 2025 və 2026-cı illərdə gündəlik 0,6milyon neft barrel ekvivalentində olacağı, 2030-cu ilə qədər isə burəqəmin 0,5 milyon barrelə enəcəyi gözlənilir. Təbii qazhasilatının isə sözügedən dövrdə gündəlik 0,9 milyon barrel neftekvivalentində - sabit səviyyədə qalacağı proqnozlaşdırılır.

Seçilən
0
az.trend.az

1Mənbələr