AZ

KKTC-nin adı Kipr Türk Cümhuriyyəti olaraq dəyişəcək?

Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TEKNOFEST KKTC çərçivəsində mayın 3-də Yeni Prezident Kampusunun və Cümhuriyyət Məclisinin açılışı münasibətilə bu həftəsonu Lefkoşada olacaq. Ərdoğan aprelin 28-də Nazirlər Kabinetinin Toplantısından sonra Türkiyə xalqına xitabən etdiyi çıxışında yeni investisiyalar və layihələrlə bağlı müjdə verəcəyini açıqlamışdı.

Hafta.az-ın yazdığına görə, Ərdoğanın KKTC-yə səfəri öncəsi araşdırmaçı-yazar Hilmi Daşdəmirin suallarını cavablandıran Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar KKTC-nin adının Kipr Türk Cümhuriyyəti olaraq dəyişdirilməsi ilə bağlı gözləntiləri dəyərləndirib. Məsələ ilə bağlı mühüm iradə nümayiş etdirən prezident Tatar, "Kaş ki, baş tutaydı. Mən də eyni fikirdəyəm. Axı o dövrdə qurucu prezidentimiz KKTC-nin qurucusu elan ediləndə federasiya danışıqları davam edirdi. Türkiyənin siyasəti də belə idi. O zaman federasiya ideyası qəbul edildi" deyib.

Digər tərəfdən Kiprdə federasiya dövrünün başa çatdığını vurğulayan Tatar, iki dövlətli həll halında şimal-cənub ayrı-seçkiliyinin olmayacağını qeyd edib. Tatar “Federasiya olsaydı, Şimal dövləti, Güney dövləti olardı, indi belə bir vəziyyət yoxdur” deyib.

Tatar həmçinin KKTC Konstitusiyasına görə dövlətin adının “Şimali Kipr Türk Respublikası” olduğunu bildirərək, konstitusiya baxımından KKTC-nin adının dəyişdirilə bilməyəcəyini və bunun problem yaratdığını deyib

Seçilən
0
hafta.az

1Mənbələr