AZ

Daşınmaz mədəni irs nümunələri ilə bağlı vahid qaydaların təsdiqi vacib addımdır – Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün dövlətin göstərdiyi qayğı sayəsində ölkəmizdə tarixi vəmədəniyyət abidələrinin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyətnümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlərgörülür. Bütün bunlar isə Azərbaycanın dünyaya öz maddi və mənəvimədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə parlamentinbu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Millət vəkili xatırladıb ki, Azərbaycan Konstitusiyasına görə,tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur:

“Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövləttarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onlarınelmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını,fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəliistifadə üçün şərait yaradır.

Bu faktı xüsusi qeyd etməliyik ki, ermənilər vaxtilə işğaletdikləri ərazilərimizdə Azərbaycan xalqının izlərini silmək üçüntarixi, dini, mədəniyyət abidələrimizi tamamilə dağıdıbyerlə-yeksan etsələr də, tarix bunun mümkünsüz olduğunu təsdiqlədi.Bu gün həmin abidələrimiz, milli sərvətimiz tarixi Zəfərimizinreallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Tarix vəmədəniyyət abidələrinin qorunması, bərpası sahəsində aparılanuğurlu addımlardan biri də azad edilmiş doğma torpaqlarımızda, ocümlədən Şuşa şəhərində tarixi mədəniyyət abidələrinin,mədəni-tarixi irsin bərpa edilməsi, yenidən qurulması olub. Buişlər hazırda da uğurla davam etdirilir".

Deputat əlavə edib ki, dövlət mühafizəsinə götürülən abidələrləbağlı zəruri işlərdən biri də onların pasportlaşdırılmasıdır:

“Tarixi abidələrin sənədləşməsi ilə bağlı milli pasportformasının yaradılmasının zəruriliyi nəzərə alınaraq 2012-2013-cüillərdə nümunəvi milli pasport forması hazırlanıb. Bu hal dövlətmühafizəsinə götürülmüş abidələrlə bağlı elmi və faktikiməlumatları özündə əks etdirən sənədin-pasportun vahid formada vəqaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalardahazırlanmasına zəmin yaradır.

Bu baxımdan daşınmaz mədəni irs nümunələrinin qorunmasını vəpasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçünümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsivacibdir. Daşınmaz mədəni irs nümunələrinin qorunması vəpasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçünvahid qaydalar və pasport formasının təsdiq edilməsi olduqca vacibvə müsbət addımdır”.

Seçilən
0
1
az.trend.az

2Mənbələr