AZ

Nazir müavini: Tələbələrin işlə təminatı, yüksək maaş almaları hüquqlarıdır

BAKI, 1 may. TELEQRAF

"İnsanlar yaşlandıqca pensiya hüquqları formalaşır. Tələbələrin yaxşı vəzifələrdə çalışması və yüksək maaş alması hamısı konstitusiyamızdan irəli gələn hüquqlardır. Bunların həlli əlbəttə ki, beynəlxalq müstəvidə də çox böyük rol oynayır".

Teleqraf xəbər verir ki, bunu maliyyə nazirinin müavini Anar Kərimov qeyd edib:

"Azərbaycan çox vacib beynəlxalq müqavilələrə, eləcə də Beynəlxalq Əmək Təşkilatı konvensiyalarına qoşulub. Bu beynəlxalq müqavilələrdə gender bərabərliyi, əməyin mühafizəsi və qadınların kişilərlə bərabər əməkhaqqı alması, məşğulluqla bağlı vacib öhdəliklər əks olunub”.

Nazir müavini bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində Azərbahcanın monitorinq və hesabatlar çərçivəsində deyəcəkləri çoxdur:

"Bu isə bizi sevindirir. Pandemiya dövründə Azərbaycan hətta iki dəfə Nyu Yorkda BMT-nin sosial komissiyasına dəvət olundu ki, ölkəmizin pandemiya zamanında nailiyyətləri hesabat şəklində təqdim olunsun. Bu təbii ki, digər ölkələr üçün bizim regionda, Şərqi Avropada “best practice” - yəni qabaqcıl təcrübə kimi qeyd olunur".

Seçilən
0
teleqraf.com

1Mənbələr