AZ

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşən vətəndaşların sayı açıqlandı

BAKI, 1 may. TELEQRAF

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşən vətəndaşların sayı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov məlumat verib.

O bildirib ki, mayın 1-i tarixinə əsasən Dövlət Komissiyası tərəfindən 3990 nəfər vətəndaş itkin düşən şəxs kimi qeydiyyata alınıb.

"Son aparılan axtarış-qazıntı işləri nəticəsində 170 vətəndaşın taleyinə aydınlıq gətirilib. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı məsələrə özünəməxsus yanaşma nümayiş etdirib. Onların uydurma fikirlərinə görə, mülki əhali Xocalını tərk edəndə onlara dəhliz verildiyi deyilib. Lakin bu gün Xocalıda yol kənarında aşkarlanan yeni kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz. Mülki əhali bilərək burada qətlə yetirilib, kütləvi şəkildə dəfn edilib.

Bu fakt göstərir ki, insanlar nəyinki girov götürülüb, onlar beynəlxalq hüquq normalarına zidd olaraq işgəncələrlə qətlə yetirilib".

Seçilən
0
teleqraf.com

1Mənbələr