AZ

Fərid Şəfiyev: Biz xaricdən gələn çağırışlara cavab verməliyik

Bakı, 1 may, AZƏRTAC

Beynəlxalq əlaqələr nəzəriyyəsində xarici siyasət daxili siyasətin davamıdır. Bizim xarici siyasətimiz daxili siyasət əsasında formalaşır. Bu məqamda Konstitusiya mühüm sənəd rolunu oynayır. Konstitusiya konservativ sənəddir. Eyni zamanda, dövlətlər inkişaf etdikcə konstitusiyalar da dəyişir. Biz xaricdən gələn çağırışlara cavab verməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetində keçirilən “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda elmi-praktiki konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Ermənistan-Azərbaycan münaqişəsi respublikamız müstəqillik əldə edən zaman var idi. Bu münaqişə bizə çox şey öyrədib. Bizim beynəlxalq əlaqələrdə rolumuz bu münaqişə çərçivəsindən irəli gəlir.

1993-cü ildə işğal prosesi davam edirdi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı. Neft sazişi, atəşkəs müqaviləsi imzalandı. Atəşkəs qeyri-populyar addım idi. Amma bu addıma imza atmaq üçün bizə Heydər Əliyev kimi siyasətçi lazım idi. Nəticədə biz 28 ildən sonra öz torpaqlarımızı işğaldan azad etdik"- deyə İdarə Heyətinin sədri qeyd edib.

Seçilən
0
azertag.az

1Mənbələr