Bakı,1 may, AZƏRTAC
"Sumqayıt" basketbol komandası rusiyalı məşqçisi Aleksandr Mixaylovla yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
A.Mixaylov bu mövsümün əvvəlindən “gənclik şəhəri” təmsilçisində işləyirdi.