Bakı, 1 may, AZƏRTAC
Təbiət fənləri üzrə respublika fənn olimpiadalarının (RFO) praktiki turlarının təşkili yeni bir prosesdir. Ötən il yalnız fizika fənni üzrə praktiki tur keçirilib. Bu il isə həm fizika, həm də biologiya fənləri üzrə olimpiadanın praktiki mərhələsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, gələn ildən etibarən biologiya, kimya və fizika fənləri üzrə nəzəri mərhələlərlə yanaşı praktiki turlar da təşkil ediləcək.