AZ

Son bir ildə orta sahibkarlığa 254 milyon manat kredit verilib

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda orta sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 1,970 milyard manat təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, ötən ilineyni dövrü ilə müqayisədə 254 milyon manat və ya 14,8% çoxdur.

Belə ki, ötən ilin mart ayının sonunda Azərbaycanda ortasahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,716 milyardmanat idi.

Qeyd edək ki, bu ilin martın sonuna Azərbaycan banklarınınbiznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkiledib.

Xatırladaq ki, cari ilin 1 aprel tarixinə ölkədə fəaliyyətgöstərən orta sahibkarlıq subyektlərinin sayı 4,1 min ədəddir. Ölkəüzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1%-ini ortasahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi“Ticarət; nəqliyyat vasitələrinin təmiri” (34,6%), “Tikinti”(15,4%), “Emal sənayesi” (11,3%) və “Peşə, elmi və texnikifəaliyyət” (4,9%) sahələrində yaradılıb.

Seçilən
0
1
az.trend.az

2Mənbələr