"Sumqayıt" basketbol klubunu rusiyalı məşqçi Aleksandr Mixaylovla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A.Mixaylova gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, A.Mixaylov ötən ilin dekabrına qədər "Sumqayıt"da baş məşqçi işləyirdi. O, Vadim Kuramşinin baş məşqçi təyinatından sonra köməkçi funksiyasını yerinə yetirib.
"Sumqayıt" Azərbaycan Basketbol Liqasında bu mövsüm pley-inn (1/8 final) mərhələsində mübarizəni dayandırıb.