Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətininnövbəti monitorinqi ilə tanışlıq məqsədilə FHN tərəfindən mediaturtəşkil olunub.
Trend xəbərverir ki, mediatur çərçivəsində jurnalistlər təhlükə potensiallıobyektlərin, eləcə də, həmin obyektlərin yerləşdiyi ərazilərinyaxınlığındakı yaşayış evlərinin yanğın təhlükəsizliyinin etibarlıtəmin edilməsi məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindənaparılan monitorinq prosesini izləyiblər.
Monitorinq tədbirlərinin əsas məqsədi təhlükə potensiallıobyektlərin təhlükəsiz istismar edilməsi şəraitinin yaradılması, ocümlədən insanların həyat və sağlamlığının, əmlakının yanğındanqorunmasından ibarətdir.
Monitorinq zamanı yerli icra hakimiyyəti orqanları iləqarşılıqlı fəaliyyət çərçivəsində təmizlik işləri aparılıb, ocümlədən ərazi məişət və istehsalat tullantılarından, qamışlıq vəotlardan təmizlənib, gələcəkdə sözügedən ərazidə yanğınların başverməməsi üçün müvafiq tədbirlər həyata keçirilib.