AZ

Kamala Harris Donald Trampı kəskin tənqid edib

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris prezident Donald Trampı kəskin tənqid edib. Bu, onun uduzduğu 2024-cü il seçkilərindən sonra ilk dəfə baş verib.

XəzərNews.az The Guardian-a istinadən xəbər verir ki, Harris San-Fransiskoda demokrat qadınları siyasi karyera qurmağa və seçkilərdə iştirak etməyə təşviq edən "Emerge America" ​​təşkilatının 20-ci ildönümünü qeyd etmək üçün keçirilən tədbirdə çıxış edib.

Harris çıxışı zamanı Trampın hakimiyyətdə olduğu ilk 100 günü kəskin tənqid edib.

Harrisin bu çıxışı Tramp Ağ Evə qayıtdıqdan sonra ən güclü çıxış olub.

Seçkidə uduzduqdan sonra o, uzun müddət susdu.

Xəbər 2 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr