AZ

“Ailə Park” MTK at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – Video

Bir qrup paytaxt sakini Bakı şəhərində fəaliyyət göstərən “Ailə park” MTK-dan şikayətçidir...

Nərimanov rayonu ərazisində “Ailə park” MTK tərəfindən gecə saatlarında söküntü işləri aparılıb. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olub.

Poliqon  “Alfa Xeber”-ə istinadən məlumat verir ki, “Ailə park” MTK-nın əməkdaşları həmin ərazidə yaşayan sakinlərin etirazlarına məhəl qoymayaraq söküntü işlərini davam etdiriblər. Sözügedən şirkətin qanunsuzluğu bununla bitmir. Bakı şəhərinin Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsindəki tikint ərazisində  “Ailə Park” MTK   irigövdəli yaşıl ağacları kəsəırək “yaşıl genosid” həyata keçirir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları nəzarət tədbirləri zamanı “Ailə park” MTK tərəfindən 15 ağac və kol bitkisinin kəsildiyi və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib. İdarənin rəisi Qafar Ağayev bildirib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır. Maraqlıdıər ki, qanunsuzluğu cərimələyən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Rəvan Teymurovun da adı qalmaqalda hallanıb. Belə ki, Xətai rayonu Cavanşir küçəsi 295 ünvanında inşa edilən obyekt sektor müdiri Teymurov Rəvan Əjdər oğlunun adına sənədləşdirilib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr