ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə ABŞ arasında təbii sərvətlərə dair sazişin imzalanmasını “müharibəyə son qoymaq üçün atılan addım” adlandırıb.
Sosial mediada X-də Rubio qeyd edib ki, ABŞ və Ukrayna Yenidənqurma İnvestisiya Fondu haqqında Müqaviləni ABŞ rəhbərliyi və şəxsən prezident Donald Trampın sayəsində imzalayıblar.
“Bu, bizim ortaq rifahımızda böyük bir mərhələdir və bu müharibənin sona çatması istiqamətində atılan addımdır” – Rubio deyib.
//Samir Qurbanov, Editor.az