AZ

Nazir müavini: Konstitusiyanın qəbulunun 30-cü ildönümündə Azərbaycanın beynəlxalq müstəvidə açıq məsələsi qalmayıb

Konstitusiyanın qəbulunun 30-cü ildönümündə Azərbaycanın beynəlxalq müstəvidə açıq məsələsi qalmayıb.

“Report” xəbər verir ki, bunu Maliyyə nazirinin birinci müavini Anar Kərimov “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda Bakı Dövlət Universitetində keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Azərbaycan Konstitusiya 30 ildə çoxlu çağırışlardan keçib və cəmiyyətin daha da inkişafına imkan yaradıb.

“Ancaq biz 30 il geriyə baxdıqda sadəcə konstitusional inkişaf yox, bütün sahələrdə tərəqqi görürük. Konstitusiyada sosial-iqtisadi hüquqların əsası təsis olunub. Azərbaycan bu istiqamətdə çox vacib beynəlxalq müqavilələrə, konvensiyalara qoşulub. Son dövrlərdə bu istiqamətdə aktivlik daha da artıb”,- A.Kərimov əlavə edib.

Seçilən
0
report.az

1Mənbələr