AZ

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan KİV nümayəndələrinin beynəlxalq domino turniri keçiriləcək

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Bakı Domino Klubunun və "Sportsman" jurnalının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin beynəlxalq domino turniri keçiriləcək.

Turnirə Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Ukrayna və Gürcüstan olmaqla ümumilikdə dörd ölkədən beynəlxalq iştirakçılar qatılacaq.

Yarış T. Bəhramov adına Respublika Stadionunun arxasında yerləşən "Xankəndi" restoranında, saat 10:00-da start götürəcək.

Turnirin əsas məqsədi KİV nümayəndələri arasında beynəlxalq dostluq əlaqələrinin inkişaf etdirilməsi və intellektual idman növlərinin təşviqidir.

Tədbirdə iştirak etmək və əlavə məlumat almaq üçün əlaqə saxlayın:

Kamal Rza — +994 10 232 55 12

Seçilən
0
90deqiqe.az

1Mənbələr