AZ

Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”


Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun aylarla davam edən diplomatik səylərindən sonra ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinlə bağlı ritorikasını bir qədər dəyişib. “Politico”nun avropalı siyasətçilər arasında olan mənbələrinə istinadən verdiyi məlumata görə, həm Starmer, həm də Makron Trampı Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq etməməyə və qəzəbini Putinə yönəltməyə inandırıblar. Bunun üçün Putinin Amerika prezidentini axmaq yerinə qoyması arqumentindən istifadə edibilər.
Qəzet yazır ki, “ABŞ prezidentinin Putini tənqid etməsi London və Paris diplomatlarının son üç ayda göstərdikləri səylər hesabına baş verib”. Nəşr Trampın komandası ilə danışıqlarda Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell və müdafiə naziri Con Hilin əsas rol oynadığını bildirib. Onların səyləri ABŞ-ın Böyük Britaniyadakı səfiri Mark Bernett vasitəsiylə əlaqələndirilib.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr