AZ

Viktor Gyökereş Premyer Liqa klubuna keçə bilər

Portuqaliyanın “Sportinq” klubunun hücumçusu Viktor Gyökereşin “Arsenal” klubuna transferi ilə bağlı xəbərlər yayılıb.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı futbolçu bu mövsüm Portuqaliya çempionatında və UEFA turnirlərində göstərdiyi yaxşı performansla bir çox klubların diqqətini çəkib.

“Arsenal” rəhbərliyi Gyökereşi yeni mövsümdə komandasına qatmaq üçün danışıqları davam etdirir. Əgər transfer baş tutarsa, o, London klubunun hücum xəttində yeni güc olacaq.

Viktor Gyökereş cari mövsüm 30 oyunda 38 qol vurub.

 

Seçilən
0
idmanxeber.az

1Mənbələr