Bakı. Trend:
İran və Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə havareysləri bərpa olunur.
Bunu Trend-əaçıqlamasında İranın Şərqi Azərbaycan valisi Bəhram Sərməstdeyib.
"İran və Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə havareyslərinin yenidən bərpa olunması diqqət mərkəzində saxlanılır", -o bildirib.
Onun sözlərinə görə, uçuşlar səfərlərin sadələşdirilməsi vəticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində baş tutabilər.
Sərməst deyib ki, bu vasitə ilə həm hər iki ölkəninvətəndaşları, həm də iş adamları asanlıqla Təbriz və Bakıya səfəredə biləcəklər.
İranlı vali qeyd edib ki, Təbriz-Bakı hava reysi dünyadaCOVID-19 pandemiyası nəticəsində dayandırılıb.
Qeyd edək ki, Təbriz-Bakı və əks istiqamətdə hava reysi həftədəiki dəfə təşkil olunurdu.
Əlavə edək ki, İranda 54 mülki aktiv aeroport fəaliyyətgöstərir. Onun 14-ü beynəlxalq aeroportdur. İran aeroportları iləildə orta hesabla 30 milyon sərnişin daşınır.