AZ

“Azercell” və ABB-nin ikisinə də ayıb olsun!

“Azercell” və “Azərbaycan Beynəlxalq Bankı” müştərinin 20 manatını geri qaytarmaq istəmir.

Tribunainfo.az xəbər verir ki, problem yaşayan müştəri Tofiq Balıyevdir. O bildirib ki, “Azercell” nömrəsinin balansını ABB tətbiqi ilə artırmaq istəsə də, pulundan olub:

“Aprel ayının 24-ü “Azercell” nömrəmə ABB tətbiqi ilə 20 azn balans yükləmişəm. Təsdiq sms gəlmədi. İndi “Azercell” deyir ki, ABB-likdir. ABB isə deyir ki, bizlik deyil, ödəniş olub, problem “Azercell”dədir. Hər ikisinə də ayıb olsun! Arada mənim 20 manatım getdi”.

Tərəfləri dinləməyə hazırıq.

Nigar İxtiyarqızı

Seçilən
0
2
tribunainfo.az

3Mənbələr