Bakı. Trend:
Konstitusiya Məhkəməsi bugünkü günə kimi 591 qərar və 172 plenumtərəfindən qərarlar qəbul edib.
Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin sədri Fərhad Abdullayev bu gün Bakıda “Konstitusiya -dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyününqorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalqkonfransda deyib.
"Azərbaycanda Konstitusiya və suverenlik ilinin elan edilməsi,əlbəttə, bizim gələcək istiqamətlərimiz bizim mövcud vəziyyətdəAzərbaycanın əldə etdiyi nailiyyətlərə, baxışlara bağlıdır.
İstənilən dövlətin suverenliyi, ərazi bütövlüyü onunmüstəqilliyinin ən vacib amillərindəndir. Məlumdur ki, Azərbaycan80-ci illərin sonlarından zəfərə qədər hansı psixoloji və mənəvidurumlardan keçib.
Bizim böyük qələbəmiz Azərbaycan vətəndaşına yeni anlam verib,şərəf gətirib. Hesab edirəm ki hər bir azərbaycanlı onu dərindəntəhlil etməlidir.
Yeni reallıqlar mövcuddur. Bu şəraitdə çağırışlara xarici vədaxili siyasətimiz daha da bizi gərgin fəaliyyət göstərməyə vadaredir. Bu reallıqdır. Bu reallıqlarla qarşılaşdıqda biz CənubiQafqazda lider dövlətik, beynəlxalq aləmdə nüfuzumuzu da nəzərəalsaq, kənardan bizə qarşı mənfi münasibətlərə qarşı hazır olmalıvə onlara qarşı siyasətimizi aparmalıyıq.
Konstitusiya özlüyündə siyasi sənəddir. Digər qəbul olunannormativ hüquqi aktlar Konstitusiyadan irəli gələn aktlardır. Bu dabir faktdır ki, ölkənin konstitusiyasına mürəkkəb dövrlərdə 3 dəfədəyişiklər edilib.
Konstitusiya Məhkəməsi bugünkü günə kimi 591 qərar və 172 plenumtərəfindən qərarlar qəbul edib", - o qeyd edib.