Xərçəng dünyada ən ağır və geniş yayılmış xəstəliklərdən biridir. Hər il milyonlarla insana bu diaqnoz qoyulur və onlar həyatlarının ən çətin dövrlərindən birinə daxil olurlar. Xərçəng yalnız tibbi problem deyil, həm də ciddi psixoloji sınaqdır.
Mütəxəssislər bildirirlər ki, xərçəngin yaranmasına səbəb olan bir çox risk amilləri mövcuddur.
Mövzu ilə bağlı onkoloq İbrahim Əsədli Operativ Media-ya açıqlama verib və bu risk faktorlarını aşağıdakı kimi sadalayıb:
-
Az hərəkətlilik (hipodinamiya);
-
Ətraf mühitin çirklənməsi;
-
Çirkli və keyfiyyətsiz qidalar;
-
Şəhərlərdə sıxlıq;
-
Davamlı əsəbilik və stress;
-
Kapitalist sistemdə baş verən müəyyən sosial-iqtisadi dəyişikliklər;
-
Evdə və məişətdə istifadə olunan kimyəvi maddələr və digər zərərli faktorlar.
Həkimin sözlərinə görə, bu amillərin hər biri xərçəng riskini artırır.
Xərçənglə mübarizədə qidalanmanın əhəmiyyəti
İbrahim Əsədli qeyd edir ki, immun sisteminin güclü olması orqanizmdə daxili mühitin ahəngini qoruyur və bu da xərçəng hüceyrələrinin aktivləşməsinin qarşısını alır:
“Xərçəng hüceyrələri əslində hər bir insanın orqanizmində yaranır. Lakin güclü immun sistem bu hüceyrələrin inkişafına imkan vermir. Daxili tarazlıq pozulduqda isə xəstəlik meydana çıxır.”
Həkim xərçəng xəstələrinə bəzi qidalardan uzaq durmağı, digərlərinə isə üstünlük verməyi tövsiyə edir:
Tövsiyyə olunmayan qidalar:
-
Mal əti
-
Quzu əti
-
Sənaye mənşəli şəkər məhsulları
Tövsiyə olunan qidalar:
-
Sarımsaq
-
Sarıkök
-
Ərik tumu
-
Badam tumu
Bu təbii məhsulların immun sistemini gücləndirdiyi və xərçənglə mübarizədə faydalı olduğu bildirilir.