AZ

Fərhad Abdullayev: Azərbaycana qarşı olan kənar müdaxilələri dəf etməliyik

BAKI, 1 may. TELEQRAF

Azərbaycana qarşı olan kənar müdaxilələrə qarşı mübarizə aparmalıyıq və bunu dəf etməliyik.

Teleqraf xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və bu, ölkə qarşısında yeni çağırışlar yaradır:

Bizim böyük qələbəmizi hər bir Azərbaycan vətəndaşına yeni anlam yüklədi. Bu gün yeni reallıqlar mövcuddur. Bunun fonunda həm daxili həm də xarici siyasətdə daha gərgin fəaliyyət göstərməliyik. Cənubi Qafqazın lider dövlətiyik. Beynəlxalq aləmdə nüfuzumuz var. Azərbaycana qarşı olan kənar müdaxilələri dəf etməliyik və bu yolda mübarizəmizi davam etdirməliyik".

Seçilən
0
teleqraf.com

1Mənbələr