BAKI, 1 may. TELEQRAF
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bəzi amerikalı rəsmilərin narazılığına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Uitkoffun Rusiya ilə bağlı danışıqlara təkbaşına getməsi hökumət daxilində narahatlıq yaradıb.
Ağ Evdə çalışan bəzi şəxslər bildiriblər ki, belə vacib səfərlərdə onun yanında Rusiya üzrə təcrübəli mütəxəssislər olmalı idi.
“Putinlə görüşlərdə onun komandasında Rusiya məsələlərini yaxşı bilən adamlar olsaydı, bu danışıqlar daha səmərəli keçərdi”, – deyə ekspertlərdən biri bildirib.
Xatırladaq ki, Stiven Uitkoff son vaxtlar Rusiya ilə bağlı bir sıra danışıqlarda ABŞ-ı təmsil edir.