AZ

ABŞ Ukraynaya 50 milyon dollarlıq silah satacaq

BAKI, 1 may. TELEQRAF

ABŞ Ukrayna ilə təbii resurslar haqqında saziş imzaladıqdan sonra Kiyevə 50 milyon dollar dəyərində silah satmağa qərar verib.

Teleqraf xəbər verir ki, bu barədə “Kiyev Post” qəzeti məlumat yayıb.

Silahlar birbaşa satış yolu ilə Ukraynaya veriləcək. Bu, ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra Ukraynaya edilən ilk silah satışıdır.

Hələlik hansı növ silahların verildiyini açıqlamır.

Eyni zamanda, ABŞ və Ukrayna mayın 1-də təbii resurslar sahəsində bir əməkdaşlıq sazişi imzalayıb. Bu sazişdə Ukraynaya birbaşa təhlükəsizlik zəmanətləri verilmir, amma gələcəkdə ABŞ-nin hərbi yardımları birgə investisiya fonduna daxil edilə bilər.

Seçilən
0
9
teleqraf.com

10Mənbələr