Almaniya və Aİ-nin digər 15 üzvü müdafiə xərclərini artırmaq üçün Avropa İttifaqının Sabitlik və Artım Paktı büdcə qaydalarına istisnadan istifadə etmək niyyətindədir.
Herbiand.az xəbər verir ki, bu barədə çərşənbə günü, aprelin 30-da Aİ Şurası məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası Brüsselin Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək planları ilə əlaqədar ölkələrə bu fürsətdən istifadə etməyi təklif edib. Söhbət Aİ-yə üzv dövlətlərə Aİ-nin büdcə qaydaları ilə qoyulan məhdudiyyətlər nəzərə alınmadan dörd il ərzində hərbi ehtiyaclar üçün əlavə ÜDM-in 1,5%-ni ayırmağa imkan verən Paktın təmin edilməsindən gedir.