AZ

Martda kiçik sahibkarlıq subyektlərinə 42 milyon manat kredit verilib

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda kiçik sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 1,531 milyard manat təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, fevralayının sonu ilə müqayisədə 42 milyon manat və ya 2,8% çoxdur.

Belə ki, cari ilin fevral ayının sonunda Azərbaycanda kiçiksahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,489 milyardmanat idi.

Qeyd edək ki, bu ilin martın sonuna Azərbaycan banklarınınbiznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkiledib.

Xatırladaq ki, cari ilin 1 aprel tarixinə ölkədə fəaliyyətgöstərən kiçik sahibkarlıq subyektlərinin sayı 12 min ədəddir. Ölkəüzrə kommersiya təşkilatlarının ümumi sayının 6,1%-ini kiçiksahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi“Ticarət; nəqliyyat vasitələrinin təmiri” (34,5%), “Tikinti”(12,5%), “Emal sənayesi” (9,8%) və “Peşə, elmi və texnikifəaliyyət” (7,5%) sahələrində yaradılıb.

Seçilən
0
1
az.trend.az

2Mənbələr