AZ

Keçmiş prezidentə yeni ittiham irəli sürdü

BAKI, 1 may. TELEQRAF

Cənubi Koreya prokurorluğu keçmiş prezident Yun Sok Yola 2024-cü ilin dekabr ayında elan olunan hərbi vəziyyətlə bağlı səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Prokurorluğun xüsusi istintaq qrupu, Yun Sok Yolu həmçinin qiyam maddəsi üzrə araşdırır. Onlar keçmiş prezidentin hərəkətlərinin onun səlahiyyətlərinə uyğun olub-olmamasını yoxlayacaqlar.

Yeni ittiham Yun Sok Yola qarşı əlavə olaraq irəli sürülüb və o, müvafiq orqanların işinə mane olmağa çalışmaqda da suçlanır.

Seçilən
0
teleqraf.com

1Mənbələr