AZ

Kamran Əliyev prokurorluğun qarşısında duran əsas vəzifələr açıqlayıb

Bakı. Trend:

Siyasi iradədən qaynaqlanan, hazırda davam etdirilən islahatlarbu yeni dövrdə, xüsusən də “Konstitusiya və Suverenlik ili”çərçivəsində Azərbaycan Prokurorluğu qarşısında yeni və olduqcamühüm vəzifələr qoyur.

Trend xəbərverir ki, bunu Baş prokuror Kamran Əliyev Milli Məclisin bu günkeçirilən iclasında çıxışı zamanı deyib.

K.Əliyev prokurorluğun qarşısında duran əsas vəzifələrdənbəzilərini diqqətə çatdırıb:

- Dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşımübarizənin gücləndirilməsi, dövlətçiliyin daxili və xüsusən dəxarici təhdidlərdən müdafiəsi;

- Cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğunqorunmasında digər hüquq-mühafizə orqanları, o cümlədən Daxiliİşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səyləringücləndirilməsi;

- Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinintəmin edilməsi;

- Dövlət və özəl sektorda korrupsiyanın bütün təzahürformalarına, eləcə də vəzifəli şəxslər tərəfindən törədiləncinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi,eyni zamanda kölgə iqtisadiyyatına qarşı kəsərli mübarizəninaparılması;

- Hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafahədəflənən islahatlar kontekstində sahibkarların hüquqlarınınqorunması, özəl sektorun inkişafına mane olan hüquqpozmalarınqarşısı qətiyyətlə alınmaqla əlverişli biznes mühitinin təminedilməsi;

- Məhkəmələrdə dövlət ittihamının müdafiə edilməsi işinintəkmilləşdirilməsi, vahid və balanslaşdırılmış cəza siyasətinintəmin olunması istiqamətində tədbirlərin görülməsi, habelə cəzatəyini və cəzadan azad edilmə halları zamanı ədalət prinsipinin tamtəmin edilməsi;

- Əhalinin hüquqi savadının artırılması məqsədilə maarifləndirmətədbirlərinin genişləndirilməsi, habelə əhalinin həssastəbəqəsinin, xüsusən uşaq, qadın, yaşlı və digər qrup şəxslərinhüquqlarının ən yüksək səviyyədə qorunmasının təmin edilməsi;

- Dövlətə və dövlətçiliyə sadiq gənc hüquqşünaslarınyetişdirilməsi, onların prokurorluq orqanlarında şəffaf prosedurlarəsasında işə qəbul edilməsi, müasir dövrün tələbinə uyğun olaraqprokurorluq əməkdaşlarının rəqəmsal savadlılığının artırılması,layiqli kadrların vəzifələrdə irəli çəkilməsinin diqqətdəsaxlanılması;

- “Elektron prokurorluq” informasiya sistemi daimtəkmilləşdirilməklə süni intellektin istifadəsinin təmin edilməsi,ölkə üzrə rəqəmsal cinayət prosesinin tətbiqinə nail olunması;

- İkitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməkləbeynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tədbirlərinölkəmizdə keçirilməsi və qabaqcıl təcrübənin öyrənilərək tətbiqinintəmin edilməsi.

Seçilən
0
4
az.trend.az

9Mənbələr