AZ

Azərbaycan və İran Təbriz-Bakı-Təbriz aviareysinin açılmasını müzakirə edir

Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin açılması imkanları nəzərdən keçirilir.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu qonşu ölkənin Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast bildirib.

Onun sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Bundan başqa, B.Sərmast qeyd edib ki, İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi barədə razılıq əldə olunub.

Məlumat yenilənir

Seçilən
0
21
report.az

10Mənbələr