“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” yubiley medalının təsis edilməsi doğru addımdır və bu Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının şərəfli fəaliyyətinə verilən qiymətdir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev səsləndirib. Millət vəkili qeyd edib ki, FHN əməkdaşları 20 illik fəaliyyətləri dövrlərində hər zaman örnək davranış, musliyyətli fəaliyyət ortaya qoyublar. Razi Nurullayev deyib ki, ən son paytaxtda yağan güclü yağışlar zamanı bunu aydın gördük:
"FHN və polis əməkdaşları neçə-neçə insanı təhülkədən xilas etdi. Baş vermiş təbii fəlakətin qarşısını almaq üçün günlərə gecə də xidməti maşınlarında qaldılar. Ancaq bəzi səlahiyyətli qurumlar isə heç də öz işlərinin öhdəsindən gələ bilmədilər. Hesab edirəm ki, hər bir dövlət qurumu gərək öz fəaliyyətini məsuliyyətlə yerinə yetirsin".
Süleyman